Marmuş karyerası ilə bağlı qərar verdi

"Mançester Siti"nin hücumçusu Omar Marmuş gələcək karyerası ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, Misir millisinin üvzü klubdan ayrılmaq niyyətində deyil.

Bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

Qeyd edək ki, O.Marmuş "Mançester Siti"yə ötən ilin yanvar ayında "Ayntraxt"dan 75 milyon avro qarşılığında transfer olunmuşdur.