Martin Şkrtel Slovakiya klubunun idman direktoru olub
"Liverpul" və "Fənərbağça"nın sabiq oyunçusu Martin Şkrtel Slovakiyanın "Dunayska Streda" klubunda idman direktoru vəzifəsinə təyin olunub.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, bu, 2022-ci ildə karyerasını bitirən keçmiş müdafiəçi üçün ilk ciddi vəzifə olacaq.
"Dunayska Streda" Slovakiya çempionatının dördqat gümüş mükafatçısıdır (2018/19, 2020/21, 2022/23, 2023/24).Mətbuatda yayılan xəbərlərə görə, klub macar investorların dəstəyi ilə "Slovan"ın (Bratislava) hegemonluğunu bitirmək niyyətindədir. Komandaya 2023-cü ildən bəri ispaniyalı mütəxəssis Xisko Munyos rəhbərlik edir.