Martinelli "Arsenal"da qalmaq istəyir
"Arsenal"ın brazilyalı sol cinah vingeri Qabriel Martinelli klubda qalmaq istədiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
24 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 44 matçda 11 qol, 6 asistlə yadda qalıb.
Qeyd edək ki, Q.Martinellinin dəyəri 45 milyon avrodur.