Mastantuono “Real”dan ayrılır?

“Real Madrid”in argentinalı futbolçusu Franko Mastantuono qışda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, gənc oyunçu 6 aylıq müddətinə başqa komandaya keçməyi planlaşdırır. Buna səbəb futbolçunun 2026-cı ildə keçiriləcək Dünya çempionatına yaxşı formada yollanması olub.

Mastantuono hazırda “Real”da ehtiyat oyunçusudur.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm meydana çıxdığı 14 matçda 1 qolla yadda qalıb.