Matça gəldi, 95 min dollar qazandı

Amerika Milli Basketbol Assosiasiyasının rəsmi saytında yayılan kadrlar son günlər bu idman növü həvəskarlarının müzakirəsindədir.

SportLine.az xəbər verir ki, "Los Anceles Leykers" – "Finiks Sans" matçının fasiləsində meydançaya dəvət olunan yerli azarkeş mərkəzdən səbəti dəqiq nişan alaraq 95 min dollarlıq mükafata sahib çıxıb.