Mateta İtaliya nəhənginə keçməyə istəklidir

“Kristal Pelas”ın forvardı Jan-Filipp Mateta karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Yuventus” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bu haqda “Sky Sports” məlumat yayıb.

Qeyd edək ki, Mateta cari mövsüm meydana çıxdığı 32 matçda 10 qol, 2 asistlə yadda qalıb.