Mateuş Fernandeş "Mançester Yunayted" yolunda

"Mançester Yunayted" "Vest Hem"in futbolçusu Mateuş Fernandeşi heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

21 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 40 matçda 5 qol, 4 asistlə yadda qalıb.

Qeyd edək ki, M.Fernandeşin transfer qiyməti 84 milyon avrodur.