Matt Tarqet "Nyukasl"dan ayrılacaq
"Middlsbro"da icarə əsasında çıxış edən Matt Tarqett yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, "Everton" və "Lids Yunayted" 30 yaşlı sol cinah müdafiəçisi ilə yaxından maraqlanır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, Matt Tarqett müqavilə əsasında "Nyukasl"a məxsusdur.