Matteo Gündizi “Fənərbağça”ya transfer olacaq

“Latsio”nun yarımmüdafiəçisi Matteo Gündizi karyerasını Türkiyə Süper Liqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, “Fənərbağça” 26 yaşlı futbolçunu icarə əsasında transfer etməyə yaxındır.

M.Gündizi cari mövsüm meydana çıxdığı 16 matçda 2 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Fransa millisinin üzvünün dəyəri 28 milyon avrodur.