MBA-da günün icmalı

Amerika Milli Basketbol Assosasiyasında pley-off oyunları keçirilir.

Sportline.az xəbər verir ki, ilk oyunda qələbə qazanan “Denver Naqqets”  basketbolçuları bu dəfə “Portlend Treyl Bleyzers” komandası ilə bacarmayıb.

“Pepsi Sentr”da keçirilən oyuna qonaqlar fəal başlayıblar. Onlar ilk hissələrdə 28-23 və 22-12 hesabı ilə qalib gəliblər. Fasilədən sonra 3-cü periodda təşəbbüsü ələ alan Denver komandası 1 xallıq fərqlə qələbə qazanıb. 29-28. Sonuncu hissədə də qalib gəlməsinə baxmayaraq meydan sahibləri məğlubiyyətdən xilas ola bilməyiblər. Oyunu 97-90 hesabı ilə öz xeyrinə başa vuran “Portland” seriyada hesabı bərabərləşdirib. 1-1.

“Treyl Bleyzers”in heyətində Si Cey Makkollum  20 xal, 6 məhsuldar ötürmə və 6 ribaundla qələbədə böyük rol oynayıb. Xatırladaq ki, seriyanın növbəti oyunu mayın 4-də Portlenddə keçiriləcək.