MBA-da günün icmalı

Amerika Milli Basketbol Assosasiyasında pley-off oyunları davam edir.

Sportline.az xəbər verir ki, “Uels Farqo Sentr”da “Toronto Reptors” “Filadelfiya Seventi Siksers” klubunun qonağı olub. Bu matça qədər keçirilən 2 oyunda komandaların hərəyə 1 qələbəsi var idi.

3-cü görüşə meydan sahibləri daha yaxşı başlayıblar. “Filadelfiya” basketbolçuları ilk periodları 32-29, 32-24 hesabı ilə qalib gələrək böyük fasiləyə öndə yollanıb. 3-cü hissədə qələbə qazanan “Toronto Reptors” fərqi azaldıb. Sonuncu periodda yenidən təşəbbüsü ələ alan “Filadelfiya Seventi Siksers” ümumi hesabda qalib gəlib. 116-95. Ardıcıl 2-ci dəfə azarkeşlərini sevindirən Filadelfiya kollektivi seriyada önə keçib: 2-1.

Qalib komandanın heyətində Coel Embiid 33 xal, 3 məhsuldar ötürmə, 10 ribaundla qələbədə mühüm rol oynayıb. Xatırladaq ki, seriyanın növbəti oyunu mayın 5-də olacaq.