Mbappe millidən niyə çıxarıldı?

DÇ-2022-nin seçmə mərhələsində Ukrayna və Finlandiya ilə qarşılaşacaq Fransa milli komandası ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, yığmanın hücumçusu Kilian Mbappe sıradan çıxıb.

Bu barədə millinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu heyətdən çıxarılıb.

Fransa yığması sentyabrın 4-də Ukrayna ilə səfərdə, 7-də isə Finlandiya ilə evdə qarşılaşacaq.