Mbappe: “Messi ilə yenidən dünya çempionatının finalında qarşılaşmaq xüsusi olardı”

Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Argentina komandasının kapitanı Lionel Messi ilə yenidən Dünya çempionatının finalında üz-üzə gəlmək ehtimalı barədə danışıb.

Sportline.az “Marca”nəşrinə istinadən xəbər verir ki, Mbappe bu qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bu, inanılmaz bir fürsət olardı. Messi artıq Dünya çempionatının bir finalında məni məğlub edib. Əgər yenidən qarşılaşsaq, bu dəfə nəticənin mənim xeyrimə olacağına ümid edirəm”, – deyə Mbappe gülümsəyərək bildirib.

Fransalı futbolçu Messinin futbol tarixinin ən böyük oyunçularından biri olduğunu da vurğulayıb:

“O, futbolda əldə ediləcək demək olar ki, hər şeyi qazanıb və Dünya çempionatı tarixində çoxsaylı rekordlara sahibdir. Ən böyük mükafatları qazanmaq istəyirsənsə, ən güclülərlə qarşılaşmağa hazır olmalısan. Messi də məhz onlardan biridir.”

Mbappe sözlərini belə tamamlayıb:

“Onunla final oynamaq bir çox səbəbə görə xüsusi olardı. Aramızda qarşılıqlı böyük hörmət var. Belə bir qarşılaşma Dünya Çempionatı tarixinə daha bir möhtəşəm səhifə əlavə edərdi. Əgər bu baş versə, əminəm ki, bütün dünyadakı futbolsevərlərin zövq alacağı möhtəşəm bir oyun izləyəcəyik.”

Banner