Mbappe üçüncü turun ən yaxşısıdır

Fransa millisinin hücumçusu Kilian Mbappe qrup mərhələsinin 3-cü turunun ən yaxşısı seçilib.

Sportline.az xəbər verir ki, o, "WhoScored"in versiyasına görə bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, fransalılar qrupun üçüncü matçında Polşa ilə qarşılaşıblar.

1-1 hesabı ilə bitən həmin görüşdə Fransa millisinin qolunu Mbappe penaltidən vurmuşdu. 

Qrup mərhələsinin nəticələrinə əsasən 5 xal toplayan Fransa millisi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.