Mbappenin əvəzləyicisi bilindi

Kilian Mbappe Fransa millisinin qarşıdakı oyununda iştirak edə bilməyəcək.

Sportline.az xəbər verir ki, o, zədə səbəbindən İsraillə oyunu kənardan izləyəcək.

Mbappenin yoxluğunda kapitan sarğısını daşıyacaq futbolçunun adı da açıqlanıb.

Baş məşqçi Didye Deşam bu vəzifəni Orelyen Çuameniyə həvalə edəcək.

Qeyd edək ki, Millətlər Liqasının İsrail - Fransa görüşü oktyabrın 10-da keçiriləcək.