Mbappenin het-triki “Real Madrid”ə qələbə qazandırdı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Sportline.az xəbər verir ki, turnirin 15 qat qalibi "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Mançester Siti" ilə qarşılaşıb. Görüş "Real"ın qələbəsi ilə nəticələnib.

"Real Madrid" 3:1 "Mançester Siti" (ilk oyun 3:2)

Qollar: Killian Mbappe, 4,33,61, Niko Qonzalez, 90+2

Qeyd edək ki, "Real Madrid" adını 1/8 final mərhələsinə yazdırıb.