Mbappenin son durumu açıqlandı
"Real"ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappe ilə bağlı sualları cavablandırıb.
Sportline.az xəbər verir ki, o, sentyabrın sonlarında əzələsini zədələyən hücumçunun son durumu haqqında vəziyyəti izah edib.
"O, zədəsini çox erkən sağaltdı. Ötən gün fərdi məşqə də çıxmışdı. Məşqləri elə də çox buraxmayıb. Ona görə də formasını itirdiyini demək olmaz. Bununla belə hələ risk eləməyə tələsmirik", - deyə Ançelotti futbolçunun durumu haqqında Sport.es-ə məlumat verib.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm meydana çıxdığı 9 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.