"Medal qazanmaq üçün gəlmişdim” - Rüstəm Qasımov

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 67 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Rüstəm Qasımov federasiyanın rəsmi saytına açıqlama verib. Gənc atletimiz əldə etdiyi nəticə ilə bağlı hisslərini bölüşərək bunları deyib:

“Yaxşı yarış oldu, mən də yaxşı çıxış etdim. Başda Asif Məmmədov olmaqla milli komandnaın məşqçilərinə, həmçinin şəxsi məşqçim Taleh Hüseynova, həkimlərimizə, bir sözlə əməyi olam hər kəsə əziyyətlərinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu. Qolumdakı zədəm təkanla qaldırmada daha yaxşı çıxış edib həm o hərəkətdə, həm toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardım, rəqabətdən çəkinmədim. Bura gələndə qabağıma medal qazanmaq məqsədi qoymuşdum. Şükürlə olsun ki, istəyinə nail ola bildim”.