Məhşur italiyalı mütəxəssis "Əl-Nəssr" klubunu çalışdıra bilər

"Milan"ın sabiq çalışdırıcısı Stefano Pioli Səudiyyə Ərəbistanı klubu "Əl-Nəssr"ə keçməyə yaxındır.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, tərəflər arasında danışıqlar artıq müsbət yöndə yekunlaşmaq üzrədir.

Son olaraq Milanda işləyən 58 yaşlı mütəxəssis Rossoneri ilə çıxdığı 240 oyunda 1.88 xal ortalamasına sahib olub. Komanda onun rəhbərliyi altında 2021-2022 mövsümündə A Seriyasını qazanıb.

Qeyd edək ki, Pioli daha əvvəl karyerasında "Fiorentina", "İnter", "Latsio" və "Bolonya" kimi klubları çalışdırıb.