Məhşur türkiyəli hücumçu karyerasını bitirib

Türkiyə futbol tarixində ən çox qol vuran futbolçulardan olan Umut Bulut karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, oyunçu 41 yaşında futbolla vidalaşıb.

O, Türkiyədə "Ankaragücü", "Trabzonspor", "Qalatasaray", "Kayserispor", "Eyüpspor", "Malatyaspor", "Sarıyer",  Fransada isə "Tuluza" komandasının uğurları üçün çalışıb.

Bulut karyerasını məşqçi kimi davam etdirəcək. Baş məşqçi Rıza Çalımbayın komandasına qoşulan Umut Bulut köməkçi məşqçi vəzifəsini icra edəcək.

Futbolçuluq karyerasında 751 oyuna çıxan Umut Bulut bu görüşlərdə 233 qol vurub.O, 39 dəfə Türkiyə milli komandasının formasını geyinib.

Qeyd edək ki, Umut Bulut 2 dəfə Türkiyə Super Liqasının qalibi olub.