Mendi klubda qalacaq

Eduard Mendi “Əl-Əhli” klubu ilə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, seneqallı qapıçı müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzadıb və yeni razılaşma bu gün idman direktoru Rui Pedro Brazın iştirakı ilə rəsmiləşdirilib.

2023-cü ildə 16 milyon funt sterlinq (təxmini 18.2 milyon avro) qarşılığında “Çelsi”dən Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisinə keçən Mendi son uğurlarda – xüsusilə may ayında Asiya Çempionlar Liqasının qazanılmasında həlledici roluna görə mükafatlandırılıb.