Menecer qeyri-qanuni pul qoyuluşunu etiraf etdi

"Los-Anceles Leykers"in ulduzu Lebron Ceymsin meneceri Meyverik Karter NBA-nın oyunlarına qanunsuz pul qoyuluşu etdiyini bildirib.

Sportline.az xəbər verir ki, o, bu əməlini qanunsuz bukmeyker ofisi vasitəsilə həyata keçirib.

Karter məsələ haqqında keçmiş beyzbolçu Ueyn Niksin cinayət işi ilə bağlı istintaq çərçivəsində dindirilərkən məlumat verib.

Karter "Leykers"in oyunlarına pul qoymadığnı da vurğulayıb.

Qeyd edək ki, NBA-da mübarizə aparan oyunçulara, komandaların rəsmi nümayəndələrinə və hakimlərə liqa matçlarına pul qoymaq qadağan olunub.