Mənsimovun komandası 1 xal qazandı

Sloveniya çempionatında 3-cü turun görüşləri keçirilib. SportLine.az xəbər verir ki, Samir Mənsimovun şərəfini qoruduğu "Domjale" növbəti matçında "Maribor"la qarşılaşıb. 

Oyun heç-heçə ilə yekunlaşıb - 2:2.

Samir ilk iki turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Domjale" üç turdan sonra 5 xalla 10 klub arasında 5-ci pillədə qərarlaşıb.

Banner