Məşhur futbolçu əməliyyat olundu

Rusiya futbolunun ən məşhur simalarından olan Aleksandr Mostovoy cərrahiyyə əməliyyatı olunub.

Sportline.az xəbər verir ki, SSRİ və Rusiya seçməsinin sabiq yarımmüdafiəçisi bu haqda yerli mətbuata məlumat verib.

"Son illərdə artıq neçənci dəfə idi ki, böyrəyimdə daş tərpənmişdi. Ona görə də həkimə müraciət etməli oldum. Hazırda özümü yaxşı hisss edirəm", - deyə Mostovoy səhhəti ilə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, Aleksandr Mostovoy daha çox Moskva "Spartak"ı və Viqo "Selta"sındakı çıxışı ilə məşhurlaşıb.