Məşhur futbolçu karyerasını başa vurdu
Almaniya millisinin, eləcə də “Bavariya" və “Mançester Siti” klublarının keçmiş futbolçusu Jerom Boatenq karyerasını bitirib.
Sportline.az xəbər verir ki, 37 yaşlı müdafiəçi bu qərarını şəxsi sosial media hesablarında açıqlayıb.
O, paylaşımında peşəkar futbola vida etdiyini bildirib.
Boatenqin son komandası bu ilin avqustunda ayrıldığı Avstriya təmsilçisi LASK olub.