Məşhur futbolçu karyerasını başa vurub

“Barselona” klubunun sabiq müdafiəçisi Samuel Umtiti 31 yaşında peşəkar futbol karyerasını başa vurdu.

Sportline.az xəbər verir ki, iyun ayında sərbəst qalan və heç bir klubla anlaşmayan fransalı futbolçu futbolu buraxmaq qərarına gəlib.

Təxminən 5 mövsüm “Barselona”nın heyətində çıxış edən və bu müddət ərzində 7 kubok qazanan Samuel Umtiti gözlənilməz qərarla karyerasını bitirib. 31 yaşlı mərkəz müdafiəçisi bundan sonra futbol oynamayacağını açıqlayıb.