Məşhur futbolçunun qardaşını güllələdilər

"Tottenhem"in futbolçusu Serj Oryonun qardaşı Kristofer Oryo güllələnib.

Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Fransanın Tuluza şəhərindəki gecə klubunun yaxınlığında baş verib. Oryonu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, 26 yaşlı Kristofer Oryo həvəskar liqada çıxış edirdi.