Məşhur idmançı zədələndi

İspaniyalı tennisçi Rafael Nadal Avstraliyaya qarşı ilk ATP Kuboku oyununu buraxacaq.

Sportline.az xəbər verir ki, bu barədə 35 yaşlı idmançı tvitter hesabında yazıb.

O, bel ağrısı səbəbindən ilk qarşılaşmada iştirak etməyəcəyini vurğulayıb: "Ümid edirəm ki, yenə də turnirdə çıxış edə biləcəyəm. Bizim güclü komandamız var".

Beləliklə, B qrupundakı İspaniya - Avstraliya görüşündə Pablo Karrenyo Busta Con Millmanla, Roberto Bautista Aqut isə Aleks de Minaurla üz-üzə gələcək.