Məşhur idmançıdan gözlənilməz qərar

Qarışıq döyüş növləri ustası Konor Makqreqor karyerasını bitirib.

Sportline.az xəbər verir ki, irlandiyalı idmançı, bunu sosial şəbəkədə açıqlayıb. O, qərarının səbəbinə aydınlıq gətirməyib.

Konor karyerasına 2008-ci ildə başlayıb. O, qarışıq döyüş növlərinin UFC kateqoriyası üzrə keçirilən yarışlarda 2012, 2015 və 2016-cı illərdə çempion olub.

Qeyd edək ki, Konor Makqreqor karyerasının son döyüşündə dağıstanlı Həbib Nurməhəmmədova uduzub.