Məşhur qapıçı "Real"a keçdi

"Real Madrid" rəsmi saytında "Çelsi"nin qapıçısı Kepa Arrizabalaqanı icarəyə götürdüyünü açıqlayıb.

Sportline.az xəbər verir ki, futbolçu Madrid klubu ilə 1 illik müqavilə imzalayıb.

Bildirilib ki, “Real Madrid” futbolçunu dizinin çarpaz bağlarından zədə alan belçikalı Tibo Kurtuanın əvəzedicisi hesab edir.

2022/23 mövsümündə qapıçı "Çelsi"nin heyətində 39 oyuna çıxıb, 45 qol buraxıb.