Məşqçi hakimi nokdauna saldı

Ukraynada həvəskarlardan ibarət "Viva Cup" futzal komandasının "Virta" ilə keçirdiyi oyun vaxtı insident yaşanıb. 

SportLine.az xəbər verir ki, birincilərin baş məşqçisi Roman Peradze görüşün baş hakimi Vasili Çerniçenkonu bir zərbə ilə nokauta salıb.

Bu, referinin komandanın oyunçusuna ikinci sarı vərəqə verərək onu meydandan qovmasından sonra olub. Nəticədə oyun dayandırılıb və Peradzenin komandasına texniki məğlubiyyət verilib.