Məşqçi uduzan yetirməsini döydü
Rusiyada güləş yarışında xoşagəlməz hadisə yaşanıb.
Sportline.az "Sport-express.ru"ya istinadla xəbər verir ki, Orenburqda təşkil olumam Ümumrusiya turnirində dağıstanlı məşqçi Alaudin Atayev uduzan yetirməsini təpkləyərək döyüb.
Hadisə qarşılaşmadan sonra baş verib.
Yetkinlik yaşına çatmayan idmançının boynundan yapışan məşqçi onu paltardəyişmə otağında təpikləyib.
Hüquq-mühafizə orqanları artıq hadisə ilə bağlı araşdırmaya başlayıb.
İdmançının vəziyyəti haqqında xəbər açıqlanmır.