"Messi "Barsa"nı tərk etsə, onu dəstəkləyəcəyəm! - Ronaldinyo
"Leo mənim ən yaxın dostlarımdan biridir. Həmişə onun üçün ən yaxşısını arzu etmişəm". SportLine.az xəbər verir ki, bu sözləri Goal.com saytına açıqlamasında Ronaldinyo deyib.
Lionel Messinin Kataloniya təmsilçisi ilə vidalaşacağı xəbərinə münasibət bildirən braziliyalı veteran futbolçu, "O, "Barsa"nı tərk etsə, dəstəkləyəcəyəm. Leo ağıllı futbolçudur və nəyi necə etmək lazım olduğunu gözəl dərk edir".
Qeyd edək ki, "Barselona" yanvar ayında argentinalı futbolçu ilə müqavilə yeniləmək istəyir. Məlumata görə, futbolçu münasibətləri təzələməyə tələsmir. Digər tərəfdən, Pep Quardiola çoxdandır hücumçunu "Mançester Siti"də görmək arzusundadır. Serxio Aqüeronun da israrları L.Messinin yekun qərarına təsir edə bilər. Goal.com-un iddiasına görə, futbolçu yanvar ayında yeni müqaviləyə qol çəkməsə, çox güman ki, yay transfer pəncərəsində İngiltərəyə yollanacaq.