Messi: “Bu komandaya inanıram”
Argentina millisinin kapitanı Lionel Messi komandasının növbəti Dünya şempionatı finalına yüksəlməsindən sonra duyğularını bölüşüb.
Sportline.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, Messi bildirib ki, həyatında qazandığı uğurlardan sonra tanrıdan daha artığını istəməyə ehtiyac duymur:
“Həyatım boyunca hər şeyi qazandıqdan, yaşadığımız bütün uğurlardan sonra düşünürəm ki, tanrıdan daha artığını istəməyə ehtiyac yoxdur. Futbol karyeramda və şəxsi həyatımda mənə bəxş etdiklərinə görə ona minnətdaram.”
39 yaşlı ulduz ardıcıl ikinci dəfə Dünya çempionatının finalına yüksəlməyin xüsusi uğur olduğunu vurğulayıb:
“İndi ardıcıl ikinci dəfə Dünya Çempionatının finalında oynayacağıq və bu, inanılmaz bir hissdir. Bu heç də asan deyil. Qarşıda son bir addım qalıb. Yenidən Dünya Çempionu olmaq üçün mübarizə aparacağıq. Mən bu komandanı yaxşı tanıyıram və onun nələrə qadir olduğunu bilirəm. Bu komandaya inanıram.”