Messi hamıdan öndə
Cari mövsüm La Liqada uğurlu çıxışla yadda qalan Lionel Messi qolları sıralamaqdadır. SportLine.az xəbər verir ki, futbolçu bu göstəricidə İspaniya çempionatının bütün ulduzlarını üstələyir.
"Barselona"nın ulduzu 11 oyunda 12 dəfə rəqib qapısına yol tapdığı halda,
Beyl + Benzema + Ronaldu = 4 qol
Qrizmann + Qameyro = 3 qol
Luis Suarez = 3 qol
Ben Yedder = 2 qol
La Liqa nəhənglərində çıxış edən 7 futbolçunun ümumi məhsuldarlıq göstəricisinə bərabər qola imza atan argentinalı forvardın uğurlu seriyanı nə qədər davam etdirəcəyi maraqla gözlənilir.
Digər bir məqam isə Kriştianu Ronaldu ilə bağlıdır. 2017-ci ilin ən yaxşı futbolçusu seçilən portuqaliyalı 2017/2018 mövsümündə cəmi 1 qol vurub.
Bombardirlər yarışında isə L.Messinin ən yaxın izləyiciləri Simone Zaza (9 qol) və Sedrik Bakambudur (8 qol).