"Messi kimi liderimiz olsa da, rəqibləri komanda şəklində üstələməyə çalışırıq"

Dünya çempionatında 1/16 final mərhələsinin görüşləri davam edir. Son Dünya çempionu Argentina millisi debütant Kabo-Verde millisi ilə üz-üzə gələcək.

Sportline.az xəbər verir ki, Argentina millisi bugünkü qarşılaşmanın şəksiz favoritidir. Son dünya çempionlarının pley-ofun sürpriz iştirakçısı ilə oyunda ciddi problemlə üzləşəcəyi inandırıcı görünmür.

Bununla belə baş məşqçi Lionel Skaloni Kapo Verde ilə bağlı kifayət qədər ehtiyatlı fikirlər səsləndirib:

"Pley-offda səhv eləmək limitimiz yoxdur. Ona görə də məsuliyyətimizi tam dərk edirik . Kapo-Verdeni sadəcə bizimlə qarşılaşacaqları üçün deyil, potensial rəqibləri hələ qrup mərhələsindən bəri təhlil etdiyimiz üçün çox yaxşı tanıyırıq və onların bura təsadüfən gəlmədiyini düşünürük. Onların qrupda Səudiyyə Ərəbistanına qarşı qələbəyə layiq olan nizam-intizamı, İspaniya və Uruqvaya qarşı göstərdikləri sıx müdafiə xətti bizim üçün ciddi xəbərdarlıqdır. Messi kimi liderimiz olsa da, rəqibləri komanda şəklində üstələməyə çalışırıq. Bu qarşılaşmada da oyun üslubumuza sadiq qalacağıq”.

Qeyd edək ki, Argentina - Kabo-Verde matçı iyulun 4-ü gecə saat 2-də başlanacaq.

Banner