Messi qərarını verdi
Lionel Messi karyerası ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu "İnter Mayami" klubu ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Bu haqda nüfuzlu ESPN nəşri məlumat yayıb.
Qeyd edək ki, Messinin MLS klubu ilə hazır ki sözləşməsi dekabrın 31-dək qüvvədədir.
Argentina millisinin üzvü bu mövsüm meydana çıxdığı 29 matçda 23 qol, 11 asistlə yadda qalıb.