Messinin qolu ÇL-də ən yaxşı seçildi
Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu, PSJ-nin futbolçusu Lionel Messinin "Makabi"yə (Hayfa, İsrail) vurduğu ilk qol olub.
35 yaşlı hücumçu sözügedən matçda 19 və 44-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, PSJ sözügedən görüşdə "Makkabi"yə 7:2 hesabı ilə qalib gəlib. Lionel Messi və Kilian Mbappe dubl edibsə, Karlos Soler və Neymar da hərəyə 1 dəfə fərqləniblər. "Makkabi"dən Sin Qoldberq isə avtoqola imza atıb.