Messi: 11 oyunda 990 dəqiqə

Argentinalı ulduz cari mövsüm 990 dəqiqə meydanda olub.

SportLine.az xəbər verir ki, karyerasının ən yaxşı başlanğıcını edən Lionel Messi, keçirdiyi 11 oyunda 15 dəfə fərqlənib ki, bunların da 11-i La Liqa görüşlərində qeydə alınıb.

"Barselona"nın bombardirləri siyahısında L.Messidən sonra gələn futbolçular - Paulinyo, Luis Suarez və Denis Suarez hərəyə iki dəfə fərqlənib.

La Liqada isə Maksimiliano Qomez ("Selta") və Simone Zaza ("Valensiya") argentinalıdan 5 top geridədir.

Baş məşqçi Ernesto Valverde L.Messini bütün oyunlarda 90 dəqiqə oynadıb. Ümumilikdə 990 dəqiqə meydanda olan argentinalı ulduz, bu göstəricidə də fərqlənir.