Məsut Özilin nümunəvi addımı

"Arsenal"ın türk əsilli futbolçusu Məsut Özil, ehtiyacı olan insanlara kömək məqsədiylə Türkiyə Qırmızı Aypara Cəmiyyətinə yardım edib. 
 
Sportline.az xəbər verir ki, türk əsilli alman futbolçu xeyriyyə cəmiyyətinə 713 min TL vəsait ayırıb.
 
Məsutun ianə etdiyi pulla Türkiyədə 16 min, Somalidə 90 min nəfərlik iftar veriləcək, 1000 ailəyə isə ərzaq yardımı olunacaq.