Meyno “Mançester Yunayted”lə razılaşdı
Kobbi Meyno “Mançester Yunayted”lə yeni müqaviləyə razılıq verib.
Sportline.az xəbər verir ki, xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, tərəflər arasında əldə olunan razılaşma 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq. Yeni müqavilə həmçinin futbolçunun maaşında artımı da nəzərdə tutur.
Bildirilir ki, müqavilənin rəsmi şəkildə təsdiqlənməsi mövsümün sonuna qədər baş verəcək.
Hətta Meynonun bu həftə ərzində imza ata biləcəyi də istisna edilmir.