Məzəli soyadlı futbolçu "Qalatasaray"da
Son Avropa çempionatında diqqət mərkəzinə düşən Kolbeyn Siqtorson "Qalatasaray"ın formasını geyinəcək. İstanbullular İslandiya millisinin üzvünü bir illik icarəyə götürüblər. Bu anlaşma Fransanın "Nant" klubuna 700 min avro qazandırıb. Təcrübəli forvardın superliqada oyunu alınsa Cim-Bom onun transferini reallaşdırmaq niyyətindədir. Son mövsümü "Los Anceles Qalaksi"də keçirən hollandiyalı Naycel de Yonq da mövsümü "Qalatasaray"da keçirəcək.