"Middlsbro"dan 300 min avroluq transfer
"Aston Villa U21" klubunun futbolçusu Finli Munroe icarə əsasında "Middlsbro"ya keçib.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı sol cinah müdafiəçisi bu mövsüm meydana çıxdığı 27 matçda 2 qol, 9 asistlə yadda qalıb.
Qeyd edək ki, "Middlsbro" F.Monroe üçün "Aston Villa"ya 300 min avro ödəyib.