Migel Almiron karyerasını MLS-də davam etdirəcək

"Nyukasl Yunayted"in paraqvaylı futbolçusu Migel Almiron yanvar ayında klubdan ayrılacaq.

Sportline.az insayder German Qarsiya Qrovanın məlumatına istinadən xəbər verir ki, MLS klubu olan "Şorlot" Almiron üçün "Nyukasl"a rəsmi təklif göndərib.

İngiltərə klubunun rəhbərliyi Almironu satmağa hazırdır. Tərəflər arasında ilkin razılıq əldə olub.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm 22 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.