Mikelsin son durumu açıqlandı
Misli Premyer Liqasının VII turunun "Karvan-Yevlax"la oyununda zədələnən "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin son durumu açıqlanıb.
Sportline.az-a klubdan daxil olan məlumata görə, hazırda özünü yaxşı hiss edən hücumçunun dəqiq diaqnozu bu gün MRT müayinəsindən sonra qoyulacaq.
Qeyd edək ki, Mikels matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb.
Oyun "Sabah"ın 20- hesablı qələbəsi ilə yekunlaşıb.