Miki Van de Venin yeni dayacağı Mançester şəhəri olacaq
"Tottenhem"dən ayrılmaq qərarına gələn Miki Van de Ven karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Lauri Vitçell məlumat yayıb.
25 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 40 matçda 7 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Van de Venin transfer qiyməti 70 milyon avrodur.