Miki van de Venlə 3 nəhəng klub maraqlanır

"Tottenhem"in 24 yaşlı stopperi Miki van de Ven Avropa nəhəng klublarının transfer hədəfinə çevrilib.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Liverpul" və "Çelsi" niderlandlı futbolçunu transfer etmək istəyir.

Miki van de Venin dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçunun "Tottenhem"lə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.