"Milan" Bakkanı satmağa hazırlaşır

"Milan"ın kolumbiyalı hücumçusu Karlos Bakka karyerasını Premyer Liqada davam etdirə bilər. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, "Vest Hem" futbolçunun xidmətində maraqlıdır.

Artıq "qırmızı-qaralar"la danışıqlara da başlayan ingilislər Bakkanın keçidini həll etməyə yaxındırlar. "Milan" rəsmiləri 30 milyon avro müqabilində transferin həyata keçməsinə razı olduqlarını bildiriblər.

Qeyd edək ki, 29 yaşlı hücumçu "Milan" forması ilə keçirdiyi 42 oyunda 20 dəfə fərqlənmək imkanı qazanıb.