“Milan” bu gün “Leççe” ilə üz-üzə gələcək
İtaliya Kubokunda bu gün 1/32 final mərhələsinə start verilir.
Sportline.az xəbər verir ki, “Milan” “San Siro”da “Leççe” ilə üz-üzə gələcək.
Meydan sahiblərində qapıçı Mayk Menyan, Aardon Yashari və Rafael Leao zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
“Leççe”də isə Baltazar Pierret, Qabi Jin və Filip Marçinksi baş məşqçi Eusebio Di Françeskonun sərəncamında olmayacaq.
Qeyd edək ki, “Milan” – “Leççe” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.