"Milan" İbrahimoviçlə yeni müqavilə imzaladı

İtaliya "Milan"ı futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalayıb.

Sportline.az "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, isveçli hücumçunun cari mövsümün sonunda başa çatacaq sözləşməsinin müddəti daha 1 il uzadılıb.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi bildirilib.

Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsüm A Seriyasında meydana çıxdığı 16 oyunda 15 qol vurub.